Şəhriyar Məmmədyarov Harri Kasparov üzərindəki parlaq qələbəsindən danışdı: " 28 ildir gözləyirdim..."


Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

Yeniavaz.com xəbər verir ki, Şəhriyar Məmmədyarov əldə etdiyi qələbə ilə bağlı fikirlərini sosial şəbəkə hesabından paylaşıb: "28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası".
  

DİGƏR XƏBƏRLƏR

Top