Kür çayından meyiti tapılan şəxs 1 iyulda hərbi xidmətdən qayıdıbmış - YENİLƏNİB


Kür çayının Salyan rayonundan keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​
Mərhum Vətən müharibəsi iştirakçısı olub. İyulun 1-də hərbi xidmətdən qayıdıb.


***11:23

Salyanda Kür çayında meyiti tapılan şəxsin kimliyi məlum olub.

Yeniavaz.com xəbər verir ki, həmin şəxs Salyan rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.

DİGƏR XƏBƏRLƏR

Top