
Haiti Senatı Cozef Lamberti respublikanın müvəqqəti prezidenti elan etdi.
Yeniavaz.com xəbər verir ki, bu barədə “juno7” xəbər portalı xəbər yayıb. Lamberti 2022-ci il 7 fevral tarixində keçiriləcək prezident seçkilərinə qədər ölkəni idarə edəcək.
Qeyd edək ki, Haiti prezidenti Covanel Moise evinə edilən silahlı hücum nəticəsində dünyasını dəyişmişdi.