Yaponiyada 400 mindən çox insan davam edən güclü yağış səbəbilə təxliyə olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat verib. Bildirilib ki, ölkənin üç prefekturasında - Kaqoşima, Kumamoto və Miyazakidə ən azı 240 min nəfər üçün yüksək təhlükə elan olunub. Ən azı 160 min nəfər üçün isə aşağı təhlükə səviyyəsi olduğu bildirilib.