Ermənistan karantinin vaxtını ilin sonunadək uzadıb


Ermənistan hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətə görə tətbiq olunan karantinin müddəti iyulun 11-də başa çatır.

Bununla bağlı bu gün Ermənistan Nazirlər Kabineti yeni qərar qəbul edib.

Qərara əsasən, Ermənistanda və bütün sərhəd keçid məntəqələrində tətbiq olunan karantinin müddəti 11 iyul 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək uzadılıb.

Xatırladaq ki, Ermənistanda bundan əvvəl karantinin uzadılması ilə bağlı qərar 11 sentyabr 2020-ci il tarixində qəbul edilmişdi.//apa

DİGƏR XƏBƏRLƏR

Top