“BioNTech-Pfizer”: “3-cü doza bütün ştammlara qarşı təsirli olacaq”


ABŞ əczaçılıq şirkəti “Pfizer” və alman tərəfdaşı “BioNTech” ilə birlikdə istehsal etdiyi koronavirus peyvəndinin üçüncü dozası üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edəcəyini bildirib.
Yeniavaz.com
“Associated Press”ə istinadən xəbər verir ki, bu barədə “Pfizer” şirkəti məlumat verib. Açıqlamada sözügedən dozanın koronavirusun “Delta” variantına qarşı təkmilləşdirildiyi və var olan bütün variantların qarşısını almaq gücünə malik olduğu bildirilib.
Bundan başqa qeyd olunur ki, bu doza yalnız 2-ci dozanın vurulmasından 12 ay sonra tətbiq oluna bilər.
Qeyd edək ki, FDA tərəfindən “Pfizer/BioNTech” tərəfindən hazırlanmış “BNT162b2” adlı COVID-19 peyvəndi pandemiya ilə mübarizə aparmaq üçün 11 dekabr 2020-ci il tarixində təcili istifadə üçün təsdiqlənmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top