Koronavirusun “Epsilon” ştammı barədə rusiyalı həkimlərdən açıqlama


Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova ölkədə koronavirusun Kaliforniyada tapılan “Epsilon” ştammının olmadığını bildirib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Anna Popova "Россия-24" telekanalında Nailə İskəndərzadəyə müsahibəsi vaxtı məlumat verib.
Popova Rusiyada virusun bu ştammına rast gəlinməsə də, onunla bağlı bütün məlumatların daim diqqət mərkəzində olduğunu və ölkədə koronavirusun yalnız “Delta plus” variantı mövcudluğunu bildirib. 
“Rospotrebnadzor” rəhbəri virusun dəyişkənliyinin təbii bir proses olduğunu izah edərək bildirib ki, virus mutasiyaya uğramasa mövcud da olmayacaq. 
Popova müsahibəsi zamanı hələ bundan sonra da fərqli mutasiyalarının ortaya çıxacağını, onlara da fərqli adlar verəcəyini qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top