
İsveçin Orebro şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan 9 nəfərin öldüyü bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Sun” qəzetində məlumat verilib. İsveç baş naziri Stefan Loven qurbanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, təyyarə Orebro hava limanından havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Təyyarədə səkkiz paraşütçü və bir pilotun olduğu bildirilib. Hadisənin hansı səbəbdən baş veridiyi hələ açıqlanmayıb.