“Taliban” Rusiya ilə müzakirələr aparıb


Moskvada “Taliban” Rusiya ilə Tacikistan sərhədlərinin təhlükəsizliyi məsələsini müzakirə edib.
Yeniavaz.com
“ria.ru”ya istinadən xəbər verir ki, “Taliban”ın sözçüsü Süheyl Şahin Tacikistanla sərhəddə heç bir narahatçılığa əsas olmadığını vurğulayıb.
Digər tərəfdən Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da məsləyə münasibət bildirib.
Mariya Zaxarova Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistan-Əfqanıstan sərhədindəki hər hansı təcavüz və ya təxribatların qarşısını almaq üçün bütün qətiyyətlə hərəkət edəcəyini bildirib.
Qeyd edək ki, “Taliban” Rusiyada qadağan edilmiş terror təşkilatı kimi qəbul edilir.

 

DİGƏR XƏBƏRLƏR

Top