“Taliban” Əfqanıstanın ikinci böyük şəhərinə hücum etdi


“Taliban” qruplaşması Əfqanıstanın ikinci böyük şəhəri olan Qəndəharın rayonlardan birinə hücum edib.

Yeniavaz.com “TOLOnews” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələri məlumat yayıb. Silahlı şəxslər iki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Xəbərdə deyilir ki, Qəndəhar polisi əlavə qüvvələrlə birgə gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani radikal “Taliban” qruplaşmasının Əfqanıstanın sülh təklifini rədd etdiyini bildirmişdi. “Taliban” tərəfi isə Moskvada keçirilən mətbuat konfransında ABŞ-a Əfqanıstanın əyalət-inzibati mərkəzlərini ələ keçirməyəcəyinə dair söz vermişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top