Son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı ləğv edilib


“Əsassız əlillik təyinatının aşkarlanması və ləğv edilməsi ən prioritet məsələlərdən biridir”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, Agentlik tərəfindən mütəmadi olaraq monitorinq və araşdırmalar, əyani müayinələr davam edir: “Son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Araşdırmalar həm əlillik təyinatı aparılmış şəxs haqqında müxtəlif dövlət strukturlarından alınan məlumatlar, sənədlər üzərindən, həm də əyani müayinələrlə aparılır. Əsassız təyin edilmiş əlilliklər ləğv edilir”. (APA)

DİGƏR XƏBƏRLƏR

Top