
Banqladeşin paytaxtı Dakka şəhəri yaxınlığında yerləşən qida fabrikində yanğın baş verib.
Yeniavaz.com "haber3"ə istinadla xəbər verir ki, hadisə nəticəsində 50-dən çox insan həyatını itirib, çox sayda insan isə yaralanıb. İşçilərdən bəziləri pəncərədən atlayaraq yanğından xilas olmağa çalışıblar. Yanğının baş vermə səbəbi bilinmir.