Kamçatkada qəzaya uğrayan “An-26” təyyarəsinin qara qutusu tapıldı


Rusiyanın Kamçatka vilayətində qəzaya uğrayan “An-26” təyyarəsinin qara qutularından biri tapılıb.
Yeniavaz.com “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xilasetmə xidmətinin nümayəndələri məlumat verib.
Xəbərdə həmçinin qeyd olunub ki, artıq cəsədlərin çoxu aşkarlanıb. Bölgədə hadisə ilə əlaqadar matəm elan olunub. Qurbanların yaxınlarına təzminat ödəniləcək.
Məsələ ilə əlaqədar başladılan cinayət işində 3 versiya üzərində işlənir: əlverişsiz hava şəraiti, texniki nasazlıq və ya pilot səhvi.
Qeyd edək ki, iyulun 6-da “An-26” təyyarəsi radardan itərək qəzaya uğramışdı. Təyyarə 1 gün sonra Palana kəndindən 9 kilometr uzaqda aşkarlanmışdı. Təyyarənin göyərtəsində 6-sı pilot, 1-i azyaşlı uşaq olmaqla 28 nəfərin olduğu bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top