FHN xilasetmə əməliyyatından növbəti görüntüləri yayıb - VİDEO


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 2 nəqliyyat qəzası və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti isə avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top