Polis rəisi özünü ürəyindən güllələyib - Prokurorluqdan AÇIQLAMA


İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top