Rusiyadan “Taliban”la danışıqlar barədə AÇIQLAMA


“Taliban” nümayəndələri Moskvadakı görüş vaxtı bəyan edib ki, onların Orta-Asiya ölkələrinin sərhədlərini pozmaq niyyəti yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
“Taliban”la danışıqlara Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov başçılıq edib.
Rusiya tərəfi görüşdə bu ölkənin şimalında vəziyyətin stabilliyinin pozulmasından narahat olduğunu dilə gətirərək, onları vəziyyətə nəzarətə etməyə səsləyib.
Qeyd edək ki, Rusiya qarşı tərəfdən Orta Asiya ölkələrinin sərhədlərinin pozulmaması, xarici dövlətlərin Əfqanıstandakı diplomatik və konsullaq nümayəndəliklərinin təhlükəsizyinin təmin edilməsi ilə bağlı zəmanət alıb. 

DİGƏR XƏBƏRLƏR

Top