
AMEA-nın Yüksək Texnologiyalar Parkında bu müəssisədə icra olunan yeni layihələrin təqdimatına həsr olunan tədbir keçirilib.
Yeniavaz.com AMEA-dan açıqlanan məlumatlara istinadən bildirir ki, tədbirdə AMEA-nın prezidenti Ramiz Mehdiyev də iştirak edib.
Məlumatda bildirilir ki, Yüksək Texnologiyalar Parkında “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi olub.
Qeyd olunur ki, “TAK NOOSH GROUP” MMC AMEA-nın Yüksək Texnologiyalar Parkında kartof fri və çipsi istehsal edəcək.
Məlumat üçün bildirək ki, “TAK NOOSH GROUP” MMC-nin direktoru İran vətəndaşı Ramın Tabıbıandır. MMC 24.09.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, mənzil 72-də yerləşir.
Onu da bildirək ki, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 ünvanında əsasən İran vətəndaşlarının rəhbərlik etdiyi şirkətlər dövlət qeydiyyatına alınır. Son bir ildə Yasamal rayonu, Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 ünvanında aşağıdakı şirkətlər qeydə alınıb.
MMC-nin adı | Ünvanı | Nizamnamə kapitalı | Qanuni təmsilçisi | Qeydiyyat tarixi |
“TAK NOOSH GROUP” | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Ramın Tabıbıan | 24.09.2019 |
“ATLAS SİNA” | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Ebrahımzadeh Mahıe Alıakbar Rahım | 23.01.2020 |
“İKEA GROUP” | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Boroujerdı Alı Mojtaba | 31.01.2020 |
"AZƏR ASAM" | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Khalooshandız Fatemeh Hosseın | 03.02.2020 |
“LAM POLIMER” | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Shahmarı Ghanbar Shaban | 21.02.2020 |
“KAKILIT” | Həsənbəy Zərdabi pr., 593-cü məhəllə, m. 72 | 10 manat | Ahmadı Kaveh Masoud | 26.01.2021 |
A. Cəfərov