
Haiti polisi Tayvanın bu ölkədəki nümayəndiliyinin ərazisində prezident Covanel Moisenin ölümündə şübhəli bilinən 11 nəfəri saxlayıb.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Haitinin paytaxtı Port-o-Prensedə yerləşən nümayəndəliyin mətbuat xidməti məlumat verib. Nümayəndəlikdən bilidirilib ki, polis Haiti prezidentinin sui-qəsdində şübhəli bilinən şəxslərin axtarışı üçün onlara müraciət edib. Əməliyyat yerli vaxtla 16:00-da başlayıb. Saxlanılan şəxslər dindirilmək üçün polis mərkəzinə aparılıb.
Qeyd edək ki, Haiti polisi Moisenin ölümündə iştirak edən cinayətkarların 28 nəfər olduğunu qeyd edib. Onlardan 7-si öldürülüb, 15-i artıq əl keçirilib. Digərlərinin isə axtarışı davam etdirilir.