Bakıda 21 yaşlı ər arvadını öldürüb intihara cəhd etdi


Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1998-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu öz həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra özü özünü bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//report

DİGƏR XƏBƏRLƏR

Top