Rus hərbi təyyarəsi Litva prezidenti və İspaniya Baş nazirinin mətbuat konfransını yarıda kəsdi – VİDEO


Litva prezidenti Gitanas Nauseda və İspaniya Baş naziri Pedro Sançezin “Siauliai” hərbi aviasiya bazasında təşkil etdikləri birgə mətbuat konfransı yarıda kəsilib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, buna səbəb Rusiyaya aid hərbi təyyarənin Litva hava məkanını pozması olub.
Mətbuat konfransı başladıqdan sonra Litva Prezidenti danışarkən hərbi bazada hərəkətlilik yaşanıb. Pilotlar tələsik döyüş təyyarəsinə minəndə mühafizəçilər içəri daxil olub.

Hərəkətə Rusiya döyüş təyyarəsinin əvvəlcədən xəbərdarlıq etmədən Litva hava məkanına girməsi səbəb olduğu bildirildi.
Hadisədən sonra Litva Prezidenti Nauseda Rusiyanı təcavüzkar siyasət yeritməkdə günahlandırdı.

Rusiya Müdafiə Nazirliyi isə sözügedən rus təyyarəsinin digər ölkələrin hava məkanını pozmadan beynəlxalq qaydalara uyğun uçduğunu açıqlayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top