ABŞ-da yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 60-a çatdı


ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında qaldığı ehtimal edilən 80 nəfərin isə aqibəti hələ də bəlli deyil.
Xilasedicilər tərəfindən axtarış işləri davam etdirilir.
Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top