Qazaxda Kürdə batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB

Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.

Meyti tapılan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğludur.

2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam edir.

Qeyd edək ki, həmin şəxslər Kürdə çimən zaman boğulublar.



18.23
Kür çayında çimərkən batanların şəxsiyyəti məlum olub.
Bunlar Qazax rayon Aslanbəyli kənd sakinləri, 23 yaşlı Məhəd Elxan oğlu Şirməmmədov, 15 yaşlı Həmzə Arif oğlu Fətdahovdur.
İlkin ehtimallara görə hər iki şəxs çayda çimərkən batıblar.
Onların axtarışları davam edir.



***17:27
Qazax rayonunda 2 nəfərin Kür çayında boğulduğu ehtimal edilir.

Hadisə Kür çayının rayonun Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Report//apa

DİGƏR XƏBƏRLƏR

Top