Bu marşurutun hərəkət sxemi dəyişdirildi


Sabahdan bakıda 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilmişdir.
Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top