Bu ölkə Çin istehsalı peyvənd vurduranların adını siyahıdan çıxarır


Sinqapurda Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini vurduranların adı milli peyvənd siyahısına əlavə olunmayacaq.

Yeniavaz.com
“channelnewsasia” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sinqapur Səhiyyə Nazirliyi məlumat verib. Bu qərarın alınmasına səbəb “Sinovac”ın təhlükəsizliyi və effektivliyi barədə məlumat əldə edilməməsidir.
Açıqlamada deyilir ki, sözügedən vaksini vurduran şəxlər həm də ölkə tərəfindən veriləcək imtiyazlardan da məhrum olunacaqlar. “Sinovac” istifadə edən şəxslər COVID-19 testindən keçməli olacaqlar.
Qeyd edək ki, bu ölkədə, ancaq “Moderna” və “Pfizer-BioNTech” vaksinindən istifadə etmiş şəxslərin adı milli peyvənd siyahısına daxil ediləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top