İsrail prezidentinin andiçmə mərasimində Netanyahunun bu hərəkəti müzakirəyə səbəb oldu - VİDEO


İsrailin keçmiş baş naziri, hazırda isə müxalifət lideri olan Benyamin Netanyahu keçmiş prezident Reuven Rivlinin öz səlahiyyətlərini yeni prezident İsaak Herzoqa təhvil verdiyi məclisdə onun çıxışını alqışlamayıb.
Yeniavaz.com İsrail mətbuatına istinadən xəbər verir ki, sözügedən məsələ yeni prezidentin andiçmə mərasimində baş verib. Mərasim parlamentin iclas zalında baş tutub. Təqdim olunan videogörüntüdə keçmiş İsrail prezidentinin çıxışından sonra parlamentdə olan hər kəs ayaq üstə qalxaraq, onu alqışlayıb. Netanyahu isə ayağa qalxsa da, keçmiş prezidentin çıxışını alqışlamayıb. Bu görüntülər ölkədə müzakirələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top