
İraq hava hücumundan müdafiə sistemləri ABŞ-ın Bağdaddakı səfirliyinə qarşı edilən raket hücumunu dəf edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Sumaria” telekanalı məlumat verib. Xəbərdə bildirilir ki, atılan ikinci raket dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonadan kənara düşüb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.