Vilayət Eyvazov Bayram Səfərovun oğluna vəzifə verdi - ƏMR + FOTO


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.
Yeniavaz.com unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top