Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi


Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.

169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib.

Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək.

Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top