"TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda keçirilməsi ilə bağlı nazirlikdən AÇIQLAMA


“Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq: “Sınaqlar könüllü şəkildə keçiriləcək”, - deyə V. Qasımov bildirib.

Qeyd edək ki, Türkiyə istehsalı "TURKOVAC"ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top