
“Amazon” şirkətinə məsus olan “Twitch” video platforması üzərindən ən çox izlənilən oyunların başında orjinal adlı “Grand Theft Auto V” olan “GTA V” (“Geta-5”) dayanır.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, iyun ayında “GTA V” oyunu 237 mindən çox insan tərəfindən izlənilib.
Artıq səkkiz ildir oyun həvəskarlarının sevimli məşğuliyyətinə çevrilən “GTA V”ə son bir ayda 170,6 milyon saatdan çox baxılıb.
“GTA V”dən sonra ən çox baxılan oyun isə “League of Legends” olub. İyun ayında bu oyuna 205 min 277 nəfər ümumilikdə 147,6 milyon saat izləyib.
İyun ayında “Twitch” platforması üzərindən ən çox baxılan oyunlar aşağıdakılar olub:
Oyunlar | Baxanların sayı | Baxılma saatı |
“GTA V” | 237 min 277 nəfər | 170,6 milyon saat |
“League of Legends” | 205 min 277 nəfər | 147,6 milyon saat |
“Call of Duty: Warzone” | 117 min 611 nəfər | 84,6 milyon saat |
“Valorant” | 112 min 74 nəfər | 80,6 milyon saat |
“Minecraft” | 100 min 647 nəfər | 72,4 milyon saat |
“Fortnite” | 98 min 473 nəfər | 70,8 milyon saat |
“Dota 2” | 86 min 670 nəfər | 62,3 milyon saat |
“Counter-Strike: Global Offensive” | 76 min 958 nəfər | 55,3 milyon saat |