
Haitinin prezidenti Covanel Moiseyə sui-qəsd zamanı onun xanımı Martina Moise də ağır yaralanıb.
Yeniavaz.com “BBC Rusiya”ya istinadən xəbər verir ki, Haitinin ABŞ-dakı səfiri Bokçit Edmond ölkənin birinci xanımının son vəziyyəti ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, hazırda Martina Moisenin vəziyyəti stabil-kritikdir. O, müailcə üçün Haitidən Floridanın Mayami şəhərinə təxliyyə edilib. Xəbərdə Haiti prezidentinin övladlarının təhlükəsiz yerə köçürüldükləri də vurğulanıb.
Qeyd edək ki, dünən Haitinin “Telesur” televiziyasının tvitter hesabında Martina Moisenin öldüyü bildirilmişdi.