Haiti prezidenti Covanel Moisenə sui-qəsddə şübhəli bilinən 4 nəfər polis tərəfindən öldürülüb, 2 nəfər saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istindən xəbər verir ki, prezidetin öldürülməsi ilə bağlı ölkədə fövqəladə hal elan olunub. Bu səbəbdən də ölkənin sərhəd xətləri və hava limanı bağlanıb. Təhlükəsizlik qüvvələri gücləndirilimiş iş rejiminə keçib.
Haitinin baş naziri hücumçuların pul qarşılığında tutulmuş hərbçilər olduqlarını, onların ingilis və ispan dilində danışa bildikləri bildirib.
Qeyd edək ki, ötən gün Haitinin 53 yaşlı Haiti prezidenti Covanel Moisenə evində silahlı hücum edilərək, öldürülüb. Hücum vaxtı o, 12 güllə yarası alıb.