Azərbaycan pasportu ilə 68 ölkəyə vizasız getmək olar – HESABAT


"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib. 
Yeniavaz.com "Henley&Partners" şirkəti tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan pasportu reytinq siyahısında də 80-cı yerdə qərarlaşıb.
Reytinq siyahısı vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir. Hesabatda bildirilir ki, Azərbaycan pasportu ilə dünyanın 68 ölkəsinə vizasız ya da sərhəd qapısında viza alaraq getmək mümkündür.
Reytinq siyahısında ilk sırda qərarlaşan Yaponiya pasportu ilə 193 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda ilk onluqda yer alan ölkələr bunlar olub:

  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayı
1 Yaponiya 193
2 Sinqapur 192
3 Almaniya 191
4 Cənubi Koreya 191
5 Finlandiya 190
6 İtaliya 190
7 İspaniya 190
8 Lüksemburq 190
9 Danimarka 189
10 Avstrya 189

Onu da qeyd edək ki, Azərbaycan pasportu region ölkələri arasında orta sıralarda qərarlaşıb. Region ölkələrinin reytinq sıralamasıdakı mövqeyi belə olub:
  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayı
37 Ukrayna 137
49 Moldova 121
51 Rusiya 119
54 Gürcüstan 116
56 Türkiyə 111
73 Belarus 77
74 Qazaxıstan 75
80 Azərbaycan 68
84 Ermənistan 64
85 Qırğızıstan 63
90 Tacikistan 58
91 Özbəkistan 57
95 Türkmənistan 53
105 İran 42

Siyahıda son sırda yer alan ölkələr isə bunlar olub:
  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayı
116 Əfqanıstan 26
115 İraq 28
114 Suriya 29
113 Pakistan 32
112 Yəmən 33
111 Somali 34
 
  1. Cəfərov

 

DİGƏR XƏBƏRLƏR

Top