Vətən müharibəsi iştirakçısı dənizdə batıb


“Sunset” çimərliyinin ərazisində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb.

Hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.

Hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.//apa

 

DİGƏR XƏBƏRLƏR

Top