Azərbaycanlı cüdoçudan növbəti “pullu paylaşım”: Bu dəfə dollarla özünü yellədi - VİDEO

Azərbaycan cüdoçusu, milli komandamızın keçmiş üzvü Elmar Qasımov növbəti dəfə qalmaqallı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Bir müddət əvvəl balkondan küçəyə pul səpələyən və bunu videoya çəkərək sosial media hesabından paylaşan idmançı yenə “pullu paylaşımı” ilə diqqətləri üzərinə çəkib.

Əlindəki bir dəstə ABŞ dolları ilə avtomobildə özünü yelləyən Qasımovun bu videosu çoxsaylı qınağa səbəb olub.

Qeyd edək ki, son zamanlardakı zəif çıxışı və intizamsızlığı səbəbindən milli komandadan uzaqlaşdırılan Elmar Qasımov millinin Olimpiadaya gedəcək heyətində də yer almayıb.


oxu.az

DİGƏR XƏBƏRLƏR

Top