
Estoniyanın Sankt Peterburqdakı konsulu Mart Latte Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidməti məlumat verib. Açıqlamada bildirilir ki, Mart Lattenin adı açıqlanmayan bir Rusiya vətəndaşından məxfi məlumat əldə edərkən saxlanılıb. Diplomatın gördüyü bu işlə statusunun uyğun gəlmədiyi, eləcə də bunun Rusiya Federasiyasına qarşı düşmənçilik olduğu bildirilib.
Açıqlamada Latte haqqında lazımi tədbirlərin görüləcəyi qeyd edilib.