
“Amerika Birləşmiş Ştatları Haiti prezidentinin öldürülməsi ilə bağlı prezident Co Baydeni məlumatlandıracaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Yen Psaki CNN televiziyasına açıqlamasında deyib:
“Lazım olan hər cür yardımı göstərmək üçün onların yanındayıq. Əlbətdə səfirliyimiz və Dövlət Departamentimiz Haiti ilə yaxın təmasda olacaq. Bu bir faciədir. Hazırda qətllə bağlı dəlillər toplanır. Bütün məlumatlar Co Baydenə təqdim olunacaq”.
Qeyd edək ki, bu gün Haiti prezidenti evinə edilən silahlı basqın nəticəsində qətlə yetirilib.