Mingəçevirdə Şəhid Telman Allahverənovun doğum günü qeyd edilib - FOTO


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir  şəhər sakini Telman Fazil oğlu Allahverənov doğum günü uyuduğu Şəhidlər Xiyabanında, məzarı yanında anılıb.
Yeniavaz.com xəbər verir ki, Mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov, şəhidin yaxınları və oxuduğu Mingəçevir 1 saylı məktəbin müəllim və şagir kallektivi iştirak ediblər. 
Yaşasaydı, Telmanın 26 yaşı olacaqdı. O, 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda  aparılan döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Telman Mingəçevir şəhərinin Şəhidlər Xiyabanın dadəfn olunub.
Anım mərasimində məktəbli şagirdlər şəhidlərin xatirəsini şeir danışaraq yad ediblər. Ehtiyatda olan zabit Seymur Hidayətov bildirib ki, 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərlik əzmini bütün dünyaya nümayiş etdirdi. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi, Telman  Allahverənov ölümündən sonra "Vətən uğrunda" ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlərimiz daim Azərbaycan xalqının yaddaşında qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top