Azərbaycanlı bloger Rusiyada saxlanıldı


Rusiyanın paytaxtı Moskva şəhərində “Instagram”da 17 milyon izləyicisi olan azərbaycanlı videobloger Hüseyn Həsənov hüquq-mühafizə orqanlarının əmrinə tabe olmadığı üçün saxlanılıb.
Yeniavaz.com
ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva baş idarəsinin mətbuat xidmətinin katibi Vladimir Vasenin məlumat verib. Onun sözlərinə görə, yol polisi “Lamborghini Urus” markalı avtomobilin sahibi 27 yaşlı paytaxt sakini Hüseyn Həsənovdan sərxoş olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini istəyib. Qarşı tərəf isə bundan imtina edib. Bu səbəbdən də azərbaycanlı bloger polis tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top