
İraqın Ərbil şəhərində yerləşən, içərisində ABŞ hərbçilərinin də olduğu Harir hərbi bazasını əhatə edən beynəlxalq Ərbil hava limanına raketlərlə hücum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İraq mətbuatı məlumat verib. Hücum Ərbil Terrorla Mübarizə İdarəsi tərəfindən təsdiqlənib. İdarə tərəfindən qeyd edilib ki, raketli hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib.