Haiti prezidenti öz evində öldürüldü


Haiti prezidenti Covenel Moise evində öldürülüb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Moise yaşadığı evə edilən hücum nəticəsində dünyasını dəyişib. Bu barədə ölkənin baş naziri Klod Cozef açıqlama verib. Onun sözlərinə görə, dövlət başçısı güllələnərək öldürülüb. Prezidentin həyat yoldaşı isə ağır yaralanıb.
Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə Haiti prezidentinə qarşı hücumlar olub.

DİGƏR XƏBƏRLƏR

Top