Azərbaycanda bələdiyyələr torpağı neçəyə satır? – QİYMƏTLƏR


Avqust ayının 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti torpaq müsabiqələri və hərracları keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Məlumatda bildirilir ki, ayrı-ayrı rayon bələdiyyələri tərəfindən müsabiqə və hərrac yolu ilə ümumilikdə 81 torpaq sahəsi satışa çıxarılacaq.
Torpaq sahələri arasında ən ucuzu Xızı rayonu Baxışlı bələdiyyəsi tərəfindən müsabiqə yolu ilə satışa çıxarılıb. 4 kv. metr torpağın ilkin satış qiyməti 11 manat 20 qəpik təşkil edir.
Müsabiqə yolu ilə satışa çıxarılan torpaqlar arasında ən bahalısı Abşeron rayonu Saray bələdiyyəsinə aiddir. 1000 kv. metr torpağın ilkin satış qiyməti 5 790 manatdır.
Bunlardan başqa Novxanı bələdiyyəsi 1000 kv. metr torpağı 4 290 manata, 337 kv. metr toroağı 1 445,7 manata, 391 kv. Metr torpağı 1 677,4 manata, 950 kv. metr torpağı 4 075,5 manata satışa çıxarıb.
Göygöl rayonu Çaykənd bələdiyyəsi isə 600 kv. metr torpağı 540 manatdan müsabiqə yolu ilə satışa çıxarıb.
Müsabiqə yolu ilə icarəyə verilən torpaqlar isə daha aşağı qiymətə təklif olunur. Salyan rayonu Marışlı bələdiyyəsi 8 ha torpaq sahəsini 640 manatdan icarəyə verir. Goranboy rayonu Borsunlu bələdiyyəsi isə 8 ha torpağı 176 manata icarəyə verir.
İcarəyə verilən bələdiyyə torpaqları arasında ən ucuzu Göygöl rayonu Çaykənd bələdiyyəsinə məxsusdur. 9 500 kv. metr torpaq sahəsi cəmi 29 manata icarəyə verilir. Sabirabad rayonu Quruzma bələdiyyəsinə məxsus 135 ha torpaq sahəsinin ilkin icra qiyməti isə 3 240 manat müəyyən edilib.
Bu linkə daxil olaraq satışa çıxarılan və icarəyə verilən torpaq sahələrilə tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top