“Drone Vors” “Bayraktar-TB2”nin Vətən müharibəsində məhv etdiyi hədəflərin sayını açıqlayıb


İngiltərə mətbuatında Türkiyəyə məxsus olan və Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasına böyük dəstək verən “Bayraktar-TB2” pilotsuz uçuş aparatları ilə bağlı yazı yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə PUA-ları ilə bağlı məlumat Böyük Britaniyanın “Drone Vors” nəşrində qeyd olunub:
 “Türkiyəyə məxsus “Bayraktar-TB2” silahlı uçuş aparatları (PUA) kiçik, çoxfunksiyalı, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırmağının ən yaxşı nümunəsidir”.
Məqalədə vurğulanıb ki, “BayraktarTB2” və digər PUA-ların Azərbaycan və Ermənistan arasında gedən İkinci Qarabağ müharibəsində özünü təsdiqləməsi əksəriyyət tərəfindən qəbul olunub.
Mətbuat orqanı Vətən müharibəsi vaxtı Azərbaycanın “BayraktarTB2”lər vasitəsilə Ermənistanın 500-dən çox hərbi hədəfini, 90 tankını darmadağın etdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top