
Yaponiyanın Şimane prefekturasının rəsmiləri şiddətli yağışların bölgədə təhlükəyə səbəb olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, yaponiyalı rəsmilər güclü yağış və sürüşmə təhlükəsi səbəbilə təxminən 140 min insanın təxliyə ediləməsi üçün göstəriş veriblər. Bu barədə NHK televiziyası məlumat yayıb.
Qeyd edək ki, iyunun 4-də Yaponiyanın mərkəzindəki Atami şəhərində baş verən sürüşmə nəticəsində beş nəfər dünyasını dəyişib, 29 nəfər isə itkin düşüb.