
Rusiyanın Kamçatka bölgəsində təyyarə qəzasında ölənlərin ailələrinə ümumilikdə 3,5 milyon rubl (80 min 206 manat) təzminat ödəniləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, Palana kəndi yaxınlığında “An-26” təyyarəsin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin ailələrinə sığorta şirkətlərindən 2,5 milyon (57 min 290 manat), aviaşirkət tərəfindən isə 1 milyon rubl (22 min 916 manat ) ödəniləcək.