Rusiyada təyyarə qəzasında ölənlərdən 19-nun cəsədi tapıldı - YENİLƏNİB


Kamçatkanın Palana kəndi yaxınlığında qəzaya uğrayan “An-26” təyyarəsinin 19 sərnişininin cəsədi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, hadisə 6 iyul tarixində baş verib.

***09:32
Kamçatkada “An-26” sərnişin təyyarəsi qəzasında ölən 9 nəfərin cəsədi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün tibbi ekspertiza lazım olacaq. Hazırda axtarış işləri davam edir. Qəza baş verən yerə iki helikopter cəlb olunub.
Qeyd edək ki, dünən Rusiyanın Kamçatka bölgəsində “An-26” təyyarəsi hava limanından 3,8 kilometr məsafədə təpəliyə çırpılıb. Nəticədə 22 sərnişin və 6 ekipaj üzvü ölüb.

DİGƏR XƏBƏRLƏR

Top