
Nigeriyanın Kaduna əyalətinin Damişi şəhərində Bethel Baptist adlı məktəbdən 140 şagird qaçırılıb.
Yeniavaz.com "haber3"ə istinadla xəbər verir ki, hadisə barədə sözügedən məktəbin müəllimi Emmanuel Paul açıqlama verib. O bildirib ki, silahlı şəxslər məktəbin 140 şagirdini qaçırıb. Şagirdlərdən 25-i isə cinayətkarlardan xilas olmağı bacarıb.
Qeyd edək ki, mayın 30-da Nigeriyanın Tagina bölgəsində yerləşən məktəbdən 136 uşaq qaçırılmışdı.