Taxıl sahəsinin yanğından sığortalanması tarifləri açıqlandı


Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur. 

Kənd Təsərrüfatı Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Aqrar Sığorta fondu fermerlərə və iş adamlarına xatırladır ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər. 
Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:  

Qarabağda - 10 manat
Şəki-Zaqatalada - 16-17 manat 
Lənkəran regionunda - 7 manat 
Dağlıq Şirvan bölgəsində - 11-12 manat 
Aran rayonlarında - 8 manat 
Quba-Xaçmaz bölgəsində 7 manat
Gəncə-Qazax zonasında - 24-25 manat 
Abşeron bölgəsində - 7 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək. 


 

DİGƏR XƏBƏRLƏR

Top