Meksika “Sputnik V” peyvəndinin istehsalına başlayır


Meksikanın Biologiya və Reaktiv Laboratoriyasında (BIRMEX) Rusiyanın COVID-19-a qarşı hazırladığı “Sputnik V” peyvəndinin sınaq istehsalına başlanıldığı bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat verib. Xəbərdə deyilir ki, Meksikada istehsal olunan peyvəndlər ölkənin peyvənd proqramında istifadə ediləcək. Fond Meksika əhalisinin “Sputnik V” peyvəndini daha rahat şəkildə əldə etməsi və peyvəndlənmənin sürətləndirlməsi üçün belə bir addım atdıqlarını bildirib.
Qeyd edək ki, Meksika Şimali Amerika ölkələri arasında koronavirus peyvəndinin yerli istehsalına başlayan ilk ölkə olacaq.


 

DİGƏR XƏBƏRLƏR

Top