
Pakistanın Şimali Vəziristan bölgəsində və Ketta şəhərində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaranan qarşıdurmada Pakistanın 3 hərbçisi həyatını itirib, 1-i yaralanıb, 5 terrorçu isə zərərsizləşdirilib.
Yeniavaz.com xəbər verir ki, məlumat Pakistan mətbuatı tərəfindən yayılıb. Xəbərdə deyilir ki, qarşıdurma terroristlərin bölgəyə hücumundan sonra baş verib. Hər iki nöqtədə yaranan münaqişədə terroristlərin hansı qruplaşmaya məxsus olduğu ilə bağlı məlumat verilməyib.